Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsi cari ilin əvvəlindən indiyədək 1072 hüquqpozma faktı aşkar edilib.
1xeber.media xəbər verir ki, bunu Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinin əməkdaşı Orxan Sultanov deyib.
Onun sözlərinə görə, bu faktların dördü cinayət xarakterli olub: "3 fakt üzrə üzərində məcburi nişanlanmalı olan, lakin nişanlanmamış 73840 ədəd siqaretlərin qanunsuz dövriyyəsi, 1 fakt üzrə isə 308.30 karat gömrük orqanına bəyan olunmayan brilyant qaşlar aşkar edilib".
Qeyd olunub ki, gömrük qaydalarının pozulması ilə əlaqədar baxılmış işlər üzrə qərarlarla təqsirkar fiziki şəxslərə 97169,80 manat cərimə tətbiq olunub.

















