Çin mülki şəxslərə qarşı edilən hər hansı hücumu pisləyir və Ukrayna münaqişəsinin bütün tərəflərini təmkinli olmağa çağırır.
1xeber.media xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin Bryansk bölgəsində uşaqları daşıyan avtobusa hücumunu belə şərh edib.
Diplomat bildirib ki, "Çin mülki şəxslərə qarşı edilən hər hansı hücumu pisləyir və bütün tərəfləri sakitliyi qorumağa və təmkinli olmağa, mülki şəxslərə və mülki infrastruktura edilən hücumları dayandırmağa çağırır".
















