Xarici işlər naziri Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb.
1xeber.media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazirin iyunun 25-də Polşanın Qdansk şəhərində keçiriləcək Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulur.
C.Bayramovun konfrans çərçivəsində bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.
















