1xeber.media xəbər verir ki, Beynəlxalq alimlər qrupu qədim Mesopotamiyanın həyat mənbəyi olan Fərat çayının minillər əvvəl hansı marşrutla axdığını müəyyən edib. Yeni araşdırma göstərir ki, çayın qədim qolu dünyanın ilk böyük şəhərlərindən sayılan Urukun inkişafında həlledici rol oynayıb.
Tədqiqat zamanı peyk görüntüləri, geoloji analizlər və qədim çöküntülər araşdırılıb. Məlum olub ki, min illər ərzində çayın istiqaməti dəfələrlə dəyişib və bu dəyişikliklər qədim şəhərlərin yüksəlişinə, ticarətin inkişafına və sonradan tənəzzülünə birbaşa təsir göstərib.
Alimlərin fikrincə, əldə edilən nəticələr təkcə Mesopotamiya tarixini deyil, ümumilikdə qədim sivilizasiyaların necə formalaşdığını anlamaq baxımından da mühüm əhəmiyyət daşıyır. Araşdırma gələcək arxeoloji qazıntılar üçün də yeni istiqamətlər müəyyənləşdirə bilər.

















