Qubadlı şəhərində məktəbli ölümü ilə bağlı kədərli xəbər yayılıb.
1xeber.media xəbər verir ki, Qubadlı şəhər Bəhmən Mehdiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Abbaszadə Pərvin Bayram qızı vəfat edib.
Bu barədə məlumat məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb. Məktəb kollektivi mərhum şagirdin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Pərvin Abbaszadənin ölüm səbəbi barədə rəsmi məlumat açıqlanmayıb

















