Çinin Kommersiya Nazirliyi milli təhlükəsizliyi və ölkənin maraqlarını qorumaq, habelə silahların yayılmaması ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirmək məqsədilə Milli Müdafiə Tədqiqatları İnstitutu da daxil olmaqla Yaponiyanın 20 hüquqi şəxsini ixrac nəzarəti siyahısına daxil edib.
1xeber.media xəbər verir ki, bu qərara əsasən, ixracatçılara sözügedən Yaponiya qurumlarına ikili təyinatlı məhsulların ixracı qadağan olunub. Xarici hüquqi və fiziki şəxslərin Çin mənşəli ikili təyinatlı məhsulları bu qurumlara ötürməsi və ya təqdim etməsi də qadağan edilib. Nazirliyin açıqlamasına görə, hazırda davam edən bütün müvafiq əməliyyatlar dərhal dayandırılmalıdır.
Bundan başqa, Kommersiya Nazirliyi "Mitsui E&S Co." şirkəti də daxil olmaqla Yaponiyanın daha 20 hüquqi şəxsini ixrac nəzarəti siyahısına daxil edib. Buna səbəb həmin qurumların əldə etdiyi məhsulların son istifadəçilərinin müəyyən edilməsinin mümkün olmaması göstərilib.















