İstanbulda keçirilən danışıqlar zamanı bir neçə ölkə Rusiya ilə Ukrayna arasında sülhün qarşısını alıb.
1xeber.media xəbər verir ki, bunu Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş NATO parlament sammitində bildirib.
Siyasətçi qeyd edib ki, "O vaxt praktik olaraq yekun razılaşmanın layihələri imzalanıb. Təəssüf ki, o dövrün şərtlərinə görə bəzi ölkələr sülh istəmirdi və bu, əldə olunmadı".
Kurtulmuş vurğulayıb ki, bu danışıqlar bir sıra məsələlərdə uğur qazandığı üçün onları "tamamilə nəticəsiz" adlandırmaq olmaz. Xüsusilə, Qara dəniz Taxıl Dəhlizi açılıb və əsir mübadiləsi aparılıb.
Daha əvvəl Türkiyə hökumətindəki mənbə RİA Novosti agentliyinə bildirib ki, Moskva və Kiyevdən açıq bir siqnal aldıqdan sonra Türkiyədə Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsinin təşkili uzun çəkməyəcək.















