Avtomobil nəhəngi "Ford" süni intellektlə bağlı dəyişikliklər səbəbindən işçilərini ixtisar etmişdi. Lakin Amerika şirkəti bunun böyük bir səhv olduğunu etiraf edib.
1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, mühəndislərinin süni intellektə dəyişdirilməsinin səhv olduğunu bildirən "Ford" 350 təcrübəli keçmiş işçisini yenidən işə götürüb.
Şirkətin Nəqliyyat Vasitələri Mühəndisliyi üzrə vitse-prezidenti Çarlz Pun, süni intellektin şirkətin gözləntilərini qarşılamadığını və bu sistemlərin yalnız təlim keçdikləri məlumatlar qədər yaxşı olduğunu vurğulayıb.
Araşdırmalar göstərir ki, süni intellektlə bağlı dəyişikliklər səbəbindən işçilərini işdən çıxaran şirkətlərin 35,6%-i keçmiş işçilərinin yarısından çoxunu yenidən işə götürməli olub.
Eynilə, müştəri xidmətlərində süni intellektdən istifadəyə keçdikdən sonra müştəri məmnuniyyəti demək olar ki, azalıb. Bu səbəbdən yenidən keçmiş əməkdaşlar işə çağırılıb.
Mütəxəssislər vurğulayırlar ki, bu inkişaf süni intellektin insanları tamamilə əvəz edəcək bir qüvvə deyil, əksinə insan nəzarəti və təcrübəsi ilə təsirli ola biləcək köməkçi bir vasitə olduğunu sübut edir.















