Türkiyənin İstanbul şəhərində yağan güclü leysan gündəlik həyata ciddi problemlər yaradıb.
1xeber.media DHA-ya istinadən məlumatına görə, şəhərin bir çox küçə və prospektləri su altında qalıb, alt keçidlər və kanalizasiya sistemləri daşaraq daşqınlara səbəb olub.
Nəticədə paytaxtın nəqliyyat infrastrukturunda ciddi çətinliklər yaranıb, bir sıra avtomobillər yollarda qalıb.
Ən çox zərər görən rayonlar arasında Beşiktaş, Şişli, Fatih, Bakırköy, Kağıthane və Sultangazi yer alır.
Güclü yağış İstanbulun Asiya hissəsində də təsirini göstərib. Ümraniyə, Çəkməköy, Kadıköy, Beykoz və Üsküdar rayonlarında da küçələr su altında qalıb.


















