Maliyyə Nazirliyi sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə depozit hərracı keçirib.
1xeber.meia xəbər verir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə edilməsi məqsədilə xəzinə hesabının milli valyutada olan qalıqlarının yerli banklarda yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edib.
Hərracın əsas nəticələri, yerləşdirilən məbləğ 73 milyon manat, müddət 28 gün, orta çəkili faiz dərəcəsi 7.24% təşkil edir.
İştirakçı kimi ölkənin 4 kommersiya bankı da yer alıb.
Bu addım xəzinə qalıqlarının effektiv idarə olunması ilə yanaşı, bank sektorunun likvidlik ehtiyaclarının tənzimlənməsinə də dəstək xarakteri daşıyır.
Yeni sabah

















