Rusiyanın hazırda Polşaya hücum etmək üçün kifayət qədər resursu yoxdur.
1xeber.media xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
Sikorski vurğulayıb ki, ölkə Rusiyaya görə təşvişə düşmür, lakin Moskvanın yaratdığı təhdidlərə ciddi yanaşır:
"Bəli, narahatlıq var. Çünki Putin Ukraynaya nikbin və tamamilə yanlış qiymətləndirmələrə əsaslanaraq hücum edib. O, Ukraynaya müdaxilə ilə bağlı bu ağılsız və cinayətkar qərarı qəbul etməklə böyük humanitar faciəyə səbəb oldu və bütün Avropaya ciddi iqtisadi ziyan vurdu. Buna görə də o, qələbə qazana bilməsə belə, yenə də buna bənzər başqa bir qərar qəbul edə bilər.”

















