1xeber.media xəbər verir ki, Rusiyanın nəzarətində olan qondarma Donetsk Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilin Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donetsk istiqamətində həyata keçirdiyi əks-hücumun qarşısını aldığını iddia edib.
Onun sözlərinə görə, Ukrayna bölmələri Svyatohirsk şəhərinin şərqində yerləşən Prişib kəndi istiqamətində əks-hücum cəhdi göstərib.
“Düşmən Prişib rayonunda əks-hücuma cəhd etdi. Lakin bölmələrimiz vəziyyəti nəzarətdə saxladı və hazırda cəbhədə vəziyyət sabit olaraq qalır”, – deyə Puşilin bildirib.
Qeyd edək ki, bu məlumat müharibə tərəflərindən birinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Bundan əvvəl Puşilin Rusiya qüvvələrinin Slavyansk şəhərinə yaxınlaşdığını iddia etmiş və bunun bölgədə su təchizatının tam bərpası üçün imkan yarada biləcəyini bildirmişdi.

















