1xeber.media xəbər verir ki, Kiyevdə keçmiş 155-ci briqadanın komandiri və "Skala" hücum alayının keçmiş qərargah rəisi Stanislav Luçanov saxlanılıb. Bu barədə Ukraynanın TSN telekanalı məlumat yayıb.
Məlumata görə, Stanislav Luçanov Kiyev vilayətində iki qardaşın qətlə yetirilməsi işində şübhəli şəxs qismində saxlanılıb.
Bildirilir ki, o, həmçinin mülki şəxslərin öldürülməsində də şübhəli bilinir. Luçanovun vəkili ilə birlikdə avtomobildə olduğu zaman saxlanıldığı qeyd olunur.
Xatırladaq ki, daha əvvəl Stanislav Luçanovun icazəsiz şəkildə hərbi hissəni tərk etdiyi barədə məlumat yayılmışdı. Bundan sonra hüquq-mühafizə orqanları onun xidmət etdiyi hərbi hissədə baş vermiş hadisələrlə bağlı araşdırmalara başlayıb və o, axtarışa verilmişdi.
Qeyd edək ki, bu məlumatlar Ukrayna KİV-lərinin yaydığı xəbərlərə əsaslanır. Rəsmi istintaqın yekun qərarı açıqlanana qədər irəli sürülən ittihamlar məhkəmə tərəfindən təsdiqlənməyib.

















