Futbol üzrə Xorvatiya milli komandasının yeni baş məşqçisi bəlli olub.
1xeber.media Xorvatiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, bu posta Slaven Biliç təyin olunub. 57 yaşlı mütəxəssis Zlatko Daliçi əvəzləyib.
Biliç 2006–2012-ci illərdə də yığmaya rəhbərlik edib.
Xatırladaq ki, Xorvatiya millisi dünya çempionatının 1/16 final mərhələsində Portuqaliyaya 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

















