1xeber.media xəbər verir ki, Finlandiyalı siyasətçi, "Azadlıq Alyansı" partiyasının üzvü Armando Mema Avropanın rusofobiyaya vaxt sərf etmək əvəzinə vətəndaşların rifahının yaxşılaşdırılmasına diqqət yetirməli olduğunu bildirib.
Mema bu barədə X sosial şəbəkəsində paylaşım edib. O, bir sıra Avropa ölkələrinin Rusiya və Belarus idmançıları ilə bağlı məhdudiyyətləri aradan qaldıran idman təşkilatlarının maliyyələşdirilməsinin dayandırılması tələbinə münasibət bildirib.
Siyasətçinin sözlərinə görə, bu çağırış "rusofobiyaya əsaslanan nifrət kampaniyasının" bir hissəsidir.
"Avropa sivilizasiyasının tarixdə heç vaxt bu qədər aşağı səviyyəyə düşdüyünü xatırlamıram. Bu, daha bir böyük rüsvayçılıq məqamıdır: idman insanları birləşdirir və ümumbəşəri dəyərləri təşviq edir, amma burada, Avropada biz bunu unutmuşuq", – deyə Mema yazıb.
Bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq federasiyalar və yarış təşkilatçıları üçün rusiyalı idmançıların iştirakına dair məhdudiyyətlərlə bağlı tövsiyələri ləğv edib. Həmçinin Rusiya Olimpiya Komitəsinin hüquqları müvəqqəti olaraq bərpa olunub.

















