1xeber.media xəbər verir ki, Moskva Serbiya Prezidenti Aleksandr Vuçiç vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə heç bir mesaj ötürməyib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin nümayəndəsi Zelenskiyə Vuçiç vasitəsilə mümkün mesajların çatdırılıb-çatdırılmaması ilə bağlı suala cavab olaraq bildirib:
"Xeyr, heç bir mesaj göndərməmişik".
Bundan əvvəl Aleksandr Vuçiçin Kiyevə gəldiyi və burada Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırdığı məlum olub. Qeyd edilir ki, Serbiya Prezidenti iyulun 15-də Kiyevdə keçiriləcək "Cənub-Şərqi Avropa — Ukrayna" sammitində iştirak edəcək.
Bundan sonra Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Vuçiçin Kiyevə səfərinin nəticələrini gözləməyə çağırıb.
"Fikir bildirmək çətindir. Məncə, bu görüşün nəticələrini gözləmək lazımdır. Çünki istənilən görüş ya qarşılıqlı anlaşma ilə, ya da mövqelərin üst-üstə düşmədiyinin etirafı ilə başa çatır", – deyə Karasin bildirib.

















