1xeber.media xəbər verir ki, Sankt-Peterburqlu milyarder İlya Traber deputatın qətlə yetirilməsi ilə bağlı ittiham üzrə günahını etiraf etməyib.
"Bu, hansısa cəfəngiyyatdır. Əlbəttə, o, günahını qəbul etmir", – deyə vəkil bildirib.
Məlumata görə, 75 yaşlı İlya Traber iyunun 18-də 2020-ci ildə Vıborq deputatı Aleksandr Petrovun qətlə yetirilməsi işi üzrə həbs olunub.
İstintaqın versiyasına görə, milyarder cinayətin sifarişçisi ola bilərdi. Traber isə daha əvvəl onun kriminal aləmlə əlaqələri və mütəşəkkil cinayət qruplarında iştirakı barədə ittihamların heç bir əsası olmadığını bildirib.
Hazırda Traber həbsdə saxlanılır. O, səhhəti ilə əlaqədar barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.

















