Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsindən azad olunub.
1xeber.media Qaynarinfo-ya istinadla bildirir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bir müddət əvvəl imzaladığı müvafiq əmri ilə sözügedən idarənin rəisi, polkovnik Əkbər Novruzov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
Onun yerinə polkovnik-leytenant Əmir Səmədov təyin olunub.
Qeyd edək ki, polkovnik Əkbər Novruzov 2023-cü ilin avqust ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, sözügedən vəzifəyə təyin olunmuşdu.

















