1xeber.media xəbər verir ki, Ukraynanın "Strana.ua" nəşri vəzifədən azad edilən sabiq müdafiə naziri Mixail Fedorov tərəfindən ölkədə hərbi üsyan ehtimalının yarana biləcəyini iddia edib.
Nəşrin müəlliflərinin fikrincə, Fedorov birbaşa hərbçilərə müraciət edir və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskiyə qarşı tənqidi fikirlər səsləndirir.
"Fedorov birbaşa qoşunlara müraciət edir, Sırskinin "istedadları sıxdığını", effektiv generallara və zabitlərə yol vermədiyini bildirir. Əslində bu, ali baş komandanlığa qarşı birbaşa üsyandır, baxmayaraq ki, hələlik hərbi deyil, siyasi xarakter daşıyır", – deyə nəşr yazıb.
"Strana.ua" qeyd edib ki, prezident Vladimir Zelenskinin vəziyyəti mürəkkəbdir. Nəşrin iddiasına görə, əgər Zelenski Fedorovu müdafiə naziri vəzifəsinə qaytarmasa, onun iştirakı ilə bağlı bəzi məlumatların ortaya çıxması mümkündür.
Bundan əvvəl Fedorov Ukraynada mövcud vəziyyəti tənqid edərək ölkənin "yalan, xaos və məsuliyyətsizlik satdığını" bildirib. Onun sözlərinə görə, Ukrayna vətəndaşlarına insanları zorla cəbhəyə göndərən "dəyənəkli rəhbər" lazım deyil.
Qeyd edək ki, Fedorov və "Strana.ua" nəşrinin açıqlamaları onların şəxsi mövqeyini və iddialarını əks etdirir. Bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

















