Malatya vilayətinin Battalqazi rayonunda yerli vaxtla saat 06:20-də “Rixter” cədvəli üzrə 5 bal gücündə zəlzələ olub.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyənin Fəlakətlər və Fövqəladə Hallar Agentliyi məlumat yayıb.
Məlumata görə, ətraf vilayətlərdə də hiss edilən yeraltı təkanlar 15,59 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar barədə məlumat verilməyib.
















