Azərbaycan İdman Akademiyasının (ASA) rəhbər heyəti futzal üzrə Avropa Universitet Oyunlarında gümüş medal qazanan komanda ilə görüşüb.
1xeber.media xəbər verir ki, görüşdə ötən il Avropa Universitet Oyunlarının qalibi olan Azərbaycan təmsilçilərinin bu il də ardıcıl II dəfə finala yüksəlməsi və yarışları gümüş medalla başa vurması xüsusi vurğulanıb. Əldə olunan nailiyyət həm ASA-nın idman təhsilindəki üstünlüklərinin, həm də məşqçi-müəllim və tələbələrin peşəkarlığının göstəricisi olaraq qiymətləndirilib.
Komanda göstərilən diqqət və dəstəyə görə Akademiya rəhbərliyinə təşəkkürünü bildirib.






















