1xeber.media xəbər verir ki, ABŞ-ın keçmiş diplomatı Ças Friman Vaşinqtonun və NATO-nun Avropadakı üzv ölkələrinin faktiki olaraq Ukrayna münaqişəsində Rusiya ilə qarşıdurmada iştirak etdiyini iddia edib.
O, YouTube kanalına müsahibəsində bildirib ki, ABŞ-ın Ukraynaya silah tədarükünü gizli şəkildə həyata keçirməsi mümkün deyil. Frimanın sözlərinə görə, silahların Avropa vasitəsilə göndərilməsi də vəziyyətin mahiyyətini dəyişmir, çünki Vaşinqton öz silahlarının son istifadəçisinə nəzarət edir.
Keçmiş diplomat qeyd edib ki, Moskva NATO-nun Avropa üzvlərinin Ukrayna tərəfdə iştirakından xəbərdardır. Onun fikrincə, Qərbin Rusiyaya qarşı siyasəti münaqişənin daha genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməsi riskini artırır.
Friman xəbərdarlıq edib ki, eskalasiyanın davam etməsi Avropa üçün ciddi və dağıdıcı nəticələrə səbəb ola bilər.
Qeyd edək ki, bu açıqlamalar Ças Frimanın şəxsi mövqeyini əks etdirir və NATO ilə ABŞ-ın rəsmi mövqeyi hesab olunmur.
















