Məhəmməd Salahla transfer danışıqlarını müvəqqəti olaraq təxirə salan "Beşiktaş" misirli ulduza alternativ tapıb.
1xeber.media xəbər verir ki, "Beşiktaş"ın meneceri Vinçenzo İtaliano "Roma"nın oyunçusu Matias Soule ilə danışıqlar aparıb.
Qeyd olunur ki, rəhbərlik futbolçu ilə icarə müqaviləsi bağlamağı planlaşdırır.
23 yaşlı sağ cinah oyunçusu ötən mövsüm 42 matçda 7 qol vurub və 8 məhsuldar ötürmə edib. Sulenin "Roma" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir. Təcrübəli oyunçunun bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.
















