“Almaniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevi müşaiyət edən H.Hacıyevin dialoqu son günlərin ən çox müzakirə olunan mövzusu oldu. Bu dialoq da iyulun 21-də Berlində baş verib. T.Sadıqlı Azərbaycan lideri və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer arasında görüş keçirilən “Villa Borsig” iqamətgahının qarşısına gəlib”.
Milli Məclisin deputatı Müşfiq Cəfərov 1xeber.media-ya açıqlamasında deyib ki, Tural Sadıqlı Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, terrora açıq çağırışlar və başqa maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib:
“O, prokurorluğun rəsmi çağırışlarına gəlmədiyi üçün iş materialları qiyabi icraatda baxılması üçün məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Sadıqlı verilmiş ittihamlarla təqsirli bilinib. Ona 14 il müddətinə qiyabi azadlıqdan məhrumetmə cəzası verilib. İkili dialoq zamanı Hikmət Hacıyev təmkinli, kübar rəftarı ilə Tural Sadıqlıya ustadlıqla dərsini vermiş oldu. Digər tərəfdən Hikmət Hacıyev sərrast və məntiqli sözlərlə onun mövqeyini sarsıtdı. Tural Sadıqlı və onun ətrafına elə gəlir ki, Azərbaycan dövləti və təmsilçiləri onlardan çəkinir, qarşılaşmağa ürək etmir. Yaxud polemikada onları üstələyə biləcəklər. Həmin şəxsin Hikmət Hacıyevin qarşısındakı duruşuna, səsinə diqqət edərkən əzik və narahat şəkildə dayanıb, səsi zorla eşidildiyini görərsiniz. Özü də fərqindədir ki, bu yolun sonu yoxdur, qanun qarşısında cavab verməli olacaq”.
Aysel
















