Bu gün “Yeni Müsavat” qəzetinin qurucusu Rauf Arifoğlunun 60 illik yubileyi qeyd olunub.
1xeber.media xəbər verir ki, doğum gününün iyulun 23-də olmasına baxmayaraq bu gün də dostlarının, həmkarlarının, yaxınlarının əhatəsində məclis keçirilib.
Yubileyin təsirli anlarından biri isə onun xaricdə təhsil alan oğlu Ərhunun atasına etdiyi hədiyyə olub.
Belə ki, Ərhun “Yeni Müsavat” qəzetinin ilk səhifəsi formasında tərtib edilən “Altmış il sözün içində” başlıqlı təbrik mətni yazıb və ürək sözlərini qeyd edib.
Həmin portret mərasimdə təqdim olunub















