Keyko Fujimori Peru Prezidenti kimi and içib.
1xeber.media xəbər verir ki, andiçmə mərasimi TVPeru kanalında yayımlanıb.
"Mən, Keiko Fujimori, 2026-2031-ci illər ərzində mənə həvalə edilmiş Prezidentin vəzifələrini sədaqətlə yerinə yetirəcəyimə and içirəm", - deyə o bildirib.
Argentina, Boliviya və Çili liderləri - Xavyer Miley, Rodrigo Paz və Xose Antonio Cast - Peruda Fujimorinin andiçmə mərasimində iştirak ediblər.
Yeni lider bildirib ki, hakimiyyət orqanları iki əsas sahəyə diqqət yetirəcək: El-Ninyo iqlim fenomeninin təsirləri ilə mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi. Planlara həmçinin infrastrukturun inkişafı, bürokratiyanın sadələşdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi və yaşlılara əlavə güzəştlərin verilməsi daxildir.















