Avrokuboklarda ölkəmizi təmsil edən "Qarabağ", "Neftçi" və "Zirə" klublarının bu gün keçirəcəyi oyunları yayımlayacaq telekanal müəyyənləşib.
1xeber.media xəbər verir ki, "Zirə"nin Estoniya "Payde"sinə qarşı bu gün keçiriləcək matçı "İdman TV"də canlı yayımlanacaq və qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.
"Neftçi" klubunun "Dinamo Minsk" ilə oyunu İctimai TV-də canlı yayımlanacaq. Qarşılaşmaya Bakı vaxtı ilə 21:00-da start veriləcək.
Azərbaycanı Avropa Liqasında təmsil edən yeganə klub olan "Qarabağ"ın Bolqarıstanda "ÇSKA Sofiya" ilə cavab qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq və "CBC Sport"da canlı yayımlanacaq.
UEFA Konfrans Liqası, II təsnifat mərhələsinin cavab oyunu
30 iyul, saat 20:00
"Zirə" (Azərbaycan) - "Payde" (Estoniya) (İlk oyun 0:1)
30 iyul, saat 21:00
"Dinamo Minsk" (Belarus) - "Neftçi" (Azərbaycan) (ilk oyun 4:2)
UEFA Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu
30 iyul, saat 22:00
"ÇSKA Sofiya" (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan) (ilk oyun 0:0)
















