Dünyanı gəzən travel-bloqer Almaniyada yaşayan rusiyalı köçkünlə görüşərək onun yaşayış xərcləri və aldığı sosial dəstək barədə məlumat paylaşıb.
1xeber.media xəbər verir ki, TrueStory Travel adlı bloqun müəllifi Almaniyada Mixail Kuqler adlı şəxslə tanış olub. O, Rusiyanın Pallasovka şəhərindən Almaniyaya köçüb və alman əsilli ulu babasına görə "etnik köçkün" statusu alıb.
Məlumata görə, Kuqler hazırda aylıq 1059 avro sosial müavinət alır və alman dili kurslarında ödənişsiz iştirak edir.
Bloqerin sözlərinə görə, Rusiyada yaşayarkən onun aylıq gəliri 35 min rubl olub.
Kuqler bildirib ki, Almaniyada əsas xərci ərzaqdır və buna aylıq təxminən 400 avro sərf edir. O, kirayə haqqı ödəmir, çünki satın aldığı tikinti vaqonunda yaşayır.
Məqalədə qeyd olunur ki, Kuqler dörd il ərzində alman dilini öyrənsə də, hələlik işləməyə tələsmir. Bloqerin iddiasına görə, işə başladığı halda sosial müavinəti, ödənişsiz kurs imkanlarını itirəcək və vergi ödəməli olacaq.
Qeyd edək ki, bu məlumatlar travel-bloqerin şəxsi müşahidələrinə əsaslanır və Almaniyanın sosial təminat sistemi ilə bağlı rəsmi statistikanı əks etdirmir.

















