1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağından qoşunların çıxarılması ilə bağlı razılaşmanın şərtlərinə əməl etməməsindən məyus ola bilər.
Bu barədə NewsNation telekanalının jurnalisti Kelli Mеyer ABŞ rəsmisinə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.
“ABŞ və Sülh Şurasının nümayəndəsi bildirib ki, İsrail razılaşmanın şərtlərinə əməl etməsə, Prezident Tramp ‘məyus olacaq’”, – deyə paylaşımda qeyd olunub.
Meyerin sözlərinə görə, razılaşmanın həyata keçirilməsində ilk mərhələ HƏMAS-ın tərksilah edilməsi olacaq. Bundan sonra İsrail qüvvələrini Qəzza ərazisindən çıxarmalıdır. Daha sonra bölgəyə beynəlxalq sabitləşdirici qüvvələrin göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Qəzza zolağında HƏMAS və digər qruplaşmaların tam tərksilah edilməsi ilə bağlı razılığa gəldiyini açıqlamışdı. Onun sözlərinə görə, tərksilah prosesi başa çatdıqdan sonra İsrail qoşunlarını ərazidən çıxaracaq və bölgənin təhlükəsizliyi beynəlxalq sabitləşdirici qüvvələr tərəfindən təmin olunacaq.
Qeyd edək ki, materialda yer alan məlumatlar ABŞ rəsmisinin və jurnalist Kelli Meyerin açıqlamalarına əsaslanır.

















