“İran uzun illərdir proksi qüvvələr formalaşdıraraq Azərbaycana qarşı məzhəbsəl ideologiyadan istifadə edir. Eyni zamanda, xüsusilə Gürcüstanda yaşayan azərbaycanlılardan da bu məqsədlə yararlanmağa çalışır. Görürük ki, Avropada da bu müstəvidə kəşfiyyat şəbəkələri qurub, hibrid təxribatlar, kəşfiyyat və sabotaj fəaliyyətləri həyata keçirir”.
Bu barədə politoloq Məhəmməd Əsədullazadə 1xeber.media-ya açıqlamasında deyib.
O bildirib ki, İran uzun illərdir Azərbaycana qarşı məzhəbsəl baxımdan müxtəlif hadisələr fonunda radikal şəbəkələr yaradıb:
“Hazırda da İsveçdə bu fəaliyyətini davam etdirir. Cinayət təşkilatları yaratmaq məhz İran hakimiyyətinin strategiyasıdır. Onlar hər nə qədər qonşularla mehriban münasibətlər qurmaq istədiklərini desələr də, praktikada tamamilə düşmənçilik siyasəti yürüdürlər. Bu gün Böyük Britaniyada, Fransada, Almaniyada, İsveçdə və Kiprdə İranın şəbəkələri fəaliyyət göstərir. Həmin şəbəkələr dini-ideoloji baxımdan Tehrana tabedirlər və çox təəssüf ki, onların arasında azərbaycanlılar da var. İran onları müəyyən mənada öz təsir dairəsinə sala bilib. İranın bu siyasəti heç bir müsbət nəticə verməyəcək. İran Avropada da belə hüceyrələr, dayaq nöqtələri formalaşdırır. Azərbaycanın üzləşdiyi təhlükələr, təbii ki, Avropada da mövcuddur. Ona görə də İran rejimi neytrallaşdırılmalı, onun hərbi gücü tamamilə sıradan çıxarılmalıdır. Amerika bu prosesə başlayıbsa, onu axıra qədər davam etdirməlidir".
Ayselm
















