"Ölkədə "card-to-card" əməliyyatlarına müəyyən məhdudiyyətlər gətirilib. İnsanlar əvvəl kartda pul saxlayırdılar, heç bir problem olmadan kartdan-karta köçürürdülər".
1xeber.media xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, istənilən məhdudiyyətlərdə alternativlər də olur:
"Belə qərarlar qəbul edilərkən hökumət düşünürsə ki, bu addım qeyri-leqal əməliyyatların və müəyyən qədər vergidən yayınma hallarının qarşısını alacaq, əslində əkseffekt doğuracaq. İnsanlar nağd pula keçəcəklər. Kartda pul saxlamaq əvəzinə gedəcək bankomatdan nağdlaşdırıb cibinə qoyacaq. Yəni, köhnə vəziyyətə qayıdacaq. Belə məhdudlaşdırıcı addımlarla vergi və digər məsələləri həll etmək mümkün deyil".















