Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa bildirib ki, Kiyev Rusiya ərazisinə zərbələr endirsə də, cəbhədə yaranan boşluqları doldurmaq imkanına malik deyil.
1xeber.media xəbər verir ki, deputatın sözlərini TASS agentliyi yayıb.
Çepanın sözlərinə görə, yalnız iyul ayı ərzində Ukrayna təxminən 850 kvadrat kilometr ərazi və bir sıra strateji obyektləri itirib. O, həmçinin bildirib ki, Rusiyanın mülki obyektlərə edilən hücumlara cavab tədbirləri Ukraynada hava hücumundan müdafiə (HHM) vasitələrinin çatışmazlığına səbəb olub.
Deputat qeyd edib ki, Rusiyanın cavab addımlarını düzgün hesab edir və bu tədbirlər zamanı mülki əhaliyə təsirin minimuma endirilməsinə çalışıldığını bildirib.
Daha əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin müavini Aleksey Juravlyov Lenta.ru nəşrinə açıqlamasında bildirib ki, Zelenskinin Rusiyaya qarşı 40 günlük əməliyyatı əsas məqsədlərə nail olmayıb: Rusiya vətəndaşlarını öz tərəfinə çəkmək və cəbhədə uğur əldə etmək mümkün olmayıb.
















