Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə XN məlumat yayıb.
Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
















