Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevə rəsmi səfəri çərçivəsində ukraynalı həmkarı Andriy Sibiha ilə görüşüb.
1xeber.media xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, görüş zamanı Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının daha da gücləndirilməsi, siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında məhsuldar müzakirələr aparılıb.
Tərəflər, həmçinin regional və beynəlxalq proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
"Ölkələrimiz dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri ilə bağlıdır", – deyə Ceyhun Bayramov vurğulayıb.
***
11:24
Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın danışıqları başlayıb.
1xeber.media Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar təkbətək formatda keçirilir.
Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri bu gün Ukraynaya rəsmi səfər edib. Səfər çərçivəsində yüksəkvəzifəli rəsmi şəxslərlə ikitərəfli görüşlər planlaşdırılıb.

















