Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçilərinin Rusiya ordusunun zərbələrindən yayınmaq üçün mülki əhalidən örtük kimi istifadə etdiyi iddia olunur.
1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın 1465-ci motoatıcı alayının 2-ci batalyon komandirinin köməkçisi, "Beriya" çağırış adlı hərbçi TASS agentliyinə bildirib.
Onun sözlərinə görə, Rusiya pilotsuz uçuş aparatlarının operatorları ərazidə mülki şəxsləri gördükdə zərbə endirməkdən çəkinirlər.
"Əgər haradasa bir qrup mülki insan görürüksə və onların arasında iki-üç ukraynalı hərbçinin hərəkət etdiyini müşahidə ediriksə, təbii ki, PUA operatorlarımız oradan keçir və sadəcə nəzarətdə saxlayır", – deyə hərbçi bildirib.
O qeyd edib ki, dronlar ukraynalı hərbçiləri izləyir və onların mülki şəxslərdən ayrıldığı vaxtı gözləyir.
Qeyd edək ki, bu açıqlama Rusiya hərbçisinin iddiasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Moskva və Kiyevin döyüş əməliyyatlarına yanaşmalarında fərq olduğunu bildirib.

















