Çin və Avropa İttifaqı arasında ticarət dövriyyəsi 2026-cı ilin ilk yeddi ayında 13,6 faiz artaraq 530 milyard dolları ötüb.
1xeber.media xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin məlumatlarına istinadən TASS məlumat yayıb.
Bildirilib ki, Çindən Avropa bazarına ixrac 16,7 faiz artaraq 370,22 milyard dollara çatıb. Avropa İttifaqından Çinə idxal isə 7,1 faiz yüksələrək 159,84 milyard dollar təşkil edib.
Aİ ölkələri arasında Çinin əsas ticarət tərəfdaşı olaraq Almaniya qalır. Yanvar-iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi 132,78 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur. Çinin Almaniyaya ixracı 18,8 faiz artaraq 79,73 milyard dollara yüksəlib.
Çinin Avropa İttifaqındakı digər əsas ticarət tərəfdaşları isə Niderland və Fransa olub. Niderlandla ticarət dövriyyəsi 9 faizdən çox artaraq 69,23 milyard dollara, Fransa ilə isə 16 faizdən çox artaraq 54,28 milyard dollara çatıb.
Qeyd edək ki, 2026-cı ilin ilk yarısında Çinin xarici ticarəti də 16,9 faiz artaraq 25,47 trilyon yuana (təxminən 3,76 trilyon dollar) yüksəlib.

















