Ukrayna Ali Radasının deputatı Anna Skoroxod ölkənin Silahlı Qüvvələrində ciddi idarəetmə problemləri və korrupsiyanın mövcud olduğunu iddia edib.
1xeber.media xəbər verir ki, deputat bu barədə verdiyi açıqlamada orduda nizam-intizamın olmadığını bildirib.
"Orduda nizam-intizamın olmamasından da o yana, tam bir xaos hökm sürür", – deyə Skoroxod bildirib.
Onun sözlərinə görə, mediada və sosial şəbəkələrdə Ukrayna ordusunda korrupsiya ilə bağlı yayılan məlumatlar real vəziyyətin yalnız kiçik hissəsini əks etdirir.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov da korrupsiyanın ölkəni məğlubiyyətə aparan əsas səbəblərdən biri olduğunu bildirmişdi.

















