ABŞ Kolumbiyanın yeni prezidenti Abelardo de la Espriella administrasiyasına dəstək məqsədilə 1 milyard dollar ayırmağı planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilib.
Məlumata görə, Donald Tramp administrasiyası Konqreslə əməkdaşlıq çərçivəsində Kolumbiyanın yeni rəhbərinə dəstək üçün təhlükəsizlik yardımı paketinin bir hissəsi olaraq bu vəsaitin ayrılmasını planlaşdırır.
Vəsaitin əsas istiqamətlərindən biri ABŞ və Kolumbiyanın Qərb yarımkürəsində mütəşəkkil cinayətkarlıq və narkotik ticarətinə qarşı birgə mübarizəsinin dəstəklənməsi olacaq.
Abelardo de la Espriella andiçmə mərasimindən sonra çıxışında Kolumbiyanın ABŞ-ın yaratdığı "Amerika Qalxanı" alyansına qoşulacağını açıqlayıb.
Xatırladaq ki, iyunun 21-də Kolumbiyada keçirilən prezident seçkilərinin ikinci turunda sağçı namizəd Abelardo de la Espriella qalib gəlib. Yeni prezident siyasi təcrübəsinin olmaması ilə yanaşı, cinayət hüququ üzrə ixtisaslaşmış tanınmış vəkil kimi tanınır.

















