1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin hərbçilərə keyfiyyətsiz konservlər tədarükü ilə bağlı cinayət işi üzrə 6 nəfər təqsirləndirilir.
İstintaqın məlumatına görə, sxemdə Rusiya Müdafiə Nazirliyinin resurs təminatı departamentinin ərzaq idarəsinin rəisi, polkovnik Viktor Tarazeviç, iş adamı Dmitri Mizgir, “Narmyasprom” şirkətinin iki direktoru Aleksey Baranov və Dmitri Vislobokov, eləcə də “Selyatino” ət emalı kombinatının baş direktoru Artem Barışkov və müəssisənin texnoloqu Zinaida Qrişçukun adı keçir.
Məlumata görə, keyfiyyətsiz konservlər məhz “Selyatino” müəssisəsində istehsal olunub.
İş üzrə 4 nəfər həbs edilib. Araşdırma çərçivəsində dövlətə dəyən zərərin təxminən 1 milyard rubl olduğu bildirilir.
Axtarışlar zamanı təqsirləndirilən şəxslərə və onlarla əlaqəli şəxslərə məxsus yüz milyonlarla rubl dəyərində daşınmaz əmlak və aktivlər də müsadirə olunaraq həbs edilib.

















