1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Sevastopola PUA-larla hücum edib. Şəhər qubernatoru Mixail Razvojayevin sözlərinə görə, avqustun 11-dən 12-nə keçən gecə şəhər üzərində 30-dan çox pilotsuz uçuş aparatı məhv edilib.
PUA-ların qalıqlarının düşməsi nəticəsində İlyas-Kaya ərazisində meşə yanğını baş verib. Yanğın təxminən 500 kvadratmetr ərazini əhatə edib. Balaklavada da bitki örtüyü yanıb.
Hücum nəticəsində Balaklava rayonunda üç çoxmənzilli və beş fərdi evə ziyan dəyib. İlkin məlumata görə, ölən və yaralanan olmayıb.
Hücumlar fonunda Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb. Bir sıra sərnişin qatarları da 4 saat 40 dəqiqəyədək gecikib.
Həmin gecə Novorossiysk şəhərinin də PUA hücumuna məruz qaldığı bildirilib. Şəhərdə PUA qalıqları altı yaşayış binasına, kommersiya obyektinə və tikinti sahəsinə düşüb. İlkin məlumata görə, xəsarət alanlar var.

















