1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiya ticarət gəmilərini ələ keçirməsi halında Moskvanın “güzgüvari” cavab verəcəyini bildirib.
Putin bu cür planları dənizdə “piratlıq və quldurluq” adlandırıb. Onun sözlərinə görə, Qərb Rusiya gəmilərinin ələ keçirilməsi və onların yükündən əldə olunan əmlakın satılması ilə bağlı planlarını həyata keçirməyə başlasa, Moskva cavab tədbirləri görəcək.
Rusiya lideri qeyd edib ki, mümkün cavab mütləq qarşı tərəfin hücumlarının baş verdiyi sularda olmayacaq. Moskva cavab üçün uyğun hesab etdiyi əraziləri özü müəyyənləşdirəcək.
Putin bu açıqlamaları Sakit Okean Donanmasının Uzaq Şərqdə keçirilən təlimlərinin yekun mərhələsini izləyərkən verib.

















