1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukrayna sosial şəbəkələrində Novorossiyskə PUA hücumlarına münasibəti tənqid edib.
Miroşnik bildirib ki, Ukrayna sosial şəbəkələrində hücum nəticəsində zərər görmüş yaşayış binalarının, avtomobil dayanacaqlarının və kommersiya obyektlərinin foto və videoları paylaşılır. Onun sözlərinə görə, hərbi obyektlərin vurulmasını əks etdirən görüntülər təqdim olunmur.
Diplomat bu münasibəti sərt şəkildə tənqid edərək, mülki əhalinin ölümü və mülki obyektlərin dağıdılmasına sevinməyin qəbuledilməz olduğunu bildirib.
Qeyd edək ki, avqustun 12-nə keçən gecə Krasnodar diyarına kütləvi PUA hücumu barədə məlumat yayılıb. Rusiya tərəfinin məlumatına görə, Novorossiyskdə 8 yaşlı uşaq həlak olub, bir neçə nəfər yaralanıb.

















