1xeber.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Microsoft-un qurucusu Bill Qeytsin Rusiyaya səfəri zamanı ölkədəki bütün məktəblərin internetə qoşulmasının mümkünlüyünə şübhə etdiyini bildirib.
Medvedevin sözlərinə görə, söhbət 2000-ci illərin ikinci yarısından gedir. Həmin vaxt Rusiyada təxminən 50 min məktəbin olduğunu qeyd edən Qeyts böyük məsafələr səbəbindən belə genişmiqyaslı internet şəbəkəsinin yaradılmasının çətin olacağını düşünürdü.
Medvedev bildirib ki, o vaxt texnologiyalar indiki qədər inkişaf etməsə də, Rusiya bu istiqamətdə işlərə başlayıb. Onun sözlərinə görə, hazırda ölkənin bütün məktəblərində yüksək sürətli internetə çıxış mövcuddur.
Medvedev həmçinin Qeytsin maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə istehza edib.

















