1xeber.media xəbər verir ki, ekspert Aleksandr Pataman Ukrayna Prezidenti Vladimir Zelenskinin Qərbin geosiyasi elitalarının bir hissəsinə çevrilmək istədiyini iddia edib.
Patamanın sözlərinə görə, Ukraynanın İran gəmisinə zərbə endirməsi Kiyevin Qərb elitalarına layiq olduğunu nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər.
Ekspert bildirib ki, Qərb elitaları beynəlxalq konvensiyalara məhəl qoymur və geosiyasi proseslərə hərbi müdaxilə etmək hüququnu özlərində saxlayırlar.
Pataman həmçinin İranın Kiyevin bu addımını cavabsız qoymayacağını düşündüyünü bildirib.
Qeyd edək ki, daha əvvəl hərbi ekspert Vitali Kiselyov Ukraynanın Qərbin maraqlarına xidmət etməyə hazır olduğunu və İran gəmisinə hücumla bunu nümayiş etdirdiyini iddia etmişdi.
















