1xeber.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı xüsusi hərbi əməliyyatın yalnız Rusiyanın şərtləri əsasında başa çatacağını bildirib.
Medvedev bu fikri “Vahid Rusiya” partiyasının yeni xalq proqramının hazırlanması üzrə ekspert şurasının iclasında səsləndirib.
Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatın dayandırılması və ya hansısa formada başa çatması gec-tez baş verəcək. Lakin Medvedev yekun qərarın Rusiyanın irəli sürdüyü şərtlər əsasında olacağını vurğulayıb.
Daha əvvəl Medvedev Rusiyanın xüsusi hərbi əməliyyatın başa çatması baxımından mühüm mərhələdə olduğunu bildirmişdi.

















