1xeber.media xəbər verir ki, türkiyəli politoloq Həsən Səlim Özertem Qara dənizdə atəşkəs və PUA-lardan istifadənin dayandırılması ehtimalını aşağı qiymətləndirib.
Ekspertin sözlərinə görə, Rusiya və Ukrayna hələ də öz hərbi imkanlarına güvənir. Bu səbəbdən siyasi həll perspektivi getdikcə zəifləyir.
Özertem hesab edir ki, əsas məsələ Moskva və Kiyevin danışıqları yenidən başlatmağa hazır olub-olmamasıdır. Onun fikrincə, Ukraynanı danışıqlara məcbur etmək üçün təzyiq imkanları da məhduddur və silah tədarükünün dayandırılması effektiv vasitə olmaya bilər.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi avqustun 4-də Rusiya və Ukraynanı Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görməyə çağırmışdı. Bu çağırış Novorossiysk yaxınlığında Ukrayna PUA-sının MV Güllük quru yük gəmisinə hücumundan sonra səsləndirilmişdi.

















