1xeber.media xəbər verir ki, Ukraynanın taxıl ixracı dəniz blokadası fonunda kəskin şəkildə azalıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, avqustun ilk 12 günündə buğda ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə azalaraq 175 min tona düşüb. Arpa ixracı 5,6 dəfə azalaraq 37 min ton, qarğıdalı ixracı isə 2,7 dəfə azalaraq 68 min ton təşkil edib.
Məlumata görə, dəniz blokadası səbəbindən Ukraynanın kənd təsərrüfatı sektorunun bu il birbaşa itkiləri 1,5-3 milyard dollar arasında qiymətləndirilir.
Daha əvvəl “The Economist” Ukraynanın Odessa vilayətində liman infrastrukturuna zərbələr fonunda kənd təsərrüfatı məhsullarının ixracının iflic ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

















