1xeber.media xəbər verir ki, politoloq Pavel Feldmanın sözlərinə görə, Rusiya öz gəmilərinin ələ keçirilməsinə cavab olaraq NATO üçün kritik əhəmiyyət daşıyan nəqliyyat marşrutlarını bağlamaq imkanına malikdir.
Ekspert bildirib ki, Rusiyanın nəzarətində beynəlxalq yükdaşımaların həyata keçirildiyi dəmir yolu, hava və dəniz marşrutları var. Onun fikrincə, Qərb Vladimir Putinin Rusiya gəmilərinin ələ keçirilməsinə “güzgüvari cavab” veriləcəyi barədə xəbərdarlığını nəzərə almasa, vəziyyət daha da gərginləşə bilər.
Feldman bəzi marşrutların NATO ölkələri və onların Asiyadakı müttəfiqləri üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu yolların bağlanması Hörmüz boğazının blokadasına bənzər ciddi nəticələr yarada bilər.
Xatırladaq ki, Putin Qərbin Rusiya ticarət gəmilərini ələ keçirməsi halında Moskvanın cavab tədbirləri görəcəyini bildirib.

















