1xeber.media xəbər verir ki, portuqaliyalı futbolçu Kriştiano Ronaldo toyundan sonra yeni imici ilə diqqət çəkib.
41 yaşlı futbolçu saçlarını qızılı-qırmızımtıl rəngə boyadıb. Onun yeni görünüşü sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, Ronaldo uzun müddətdir münasibətdə olduğu Georgina Rodriguezlə avqustun 11-də evlənib. Cütlüyün toy mərasimi Portuqaliyada baş tutub.
Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldo yeni mövsümə hazırlıqlarını davam etdirir.