1xeber.media xəbər verir ki, Böyük Britaniyanın Rusiyanın mümkün cavab addımlarının qarşısını almaq üçün kifayət qədər hərbi imkanlara malik olmadığı bildirilib.
“The Telegraph” yazır ki, Britaniya Hərbi Dəniz Qüvvələrinin imkanları son illərdə əhəmiyyətli dərəcədə azalıb və ölkənin kifayət qədər hərbi gəmisi yoxdur.
Admiral lord Alan Vest bildirib ki, Britaniya donanması daim ixtisar edilib. Buna görə də mümkün eskalasiya fonunda ölkənin ticarət gəmilərini qoruma imkanları məhduddur.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Rusiya gəmilərinin ələ keçirilməsinə cavab olaraq güzgü tədbirləri görüləcəyini açıqlamışdı.

















